|
vətən
2 آذر 87 - 12:30 |
|
Bir ananın övladıyıq biz hamımız Bizi biri-birimizdən ayrı saldı Məqsədimiz, məramımız. Beynimizdə tağ atınca Fikirlərin neçə rəngli göy qurşağı Meydan açdı cəbhələrin solu, saği. Kölgələndi, üstələndi Qan birliyi, can birliyi, din birliyi. Cilalandı fikir, şüur, yön birliyi. Hardan çıxdı qarşımıza qara pişik? Bu gün biri-birimizə Qatı düşmən kəsilmişik. Bu gün vahid anamızı hərə çəkir bir tərəfə. Kinimizi, eşqimizi tuşlamırıq bir hədəfə. Olan olub, torba dolub Əsl düşmən unudulub. Amma biri-birimizlə didişirik. Söküb köhnə palan içi, gor eşirik. Ömrüm boyu istəmişəm fikirlərin min rəngini- Duyğuların çələngini. Amma bu gün düşünürəm: Bu fikirlər toqquşması Vətənimin xeyrinəmi? Yox! Savaşlar qarşısına Sipər etmək istəyirəm öz sinəmi! Bizim biri-birimizə kinimizdən Bulanıbdır dağlardakı sərçeşmələr. Anlamıram bu məqamda Gərəkmidir bir bu qədər çəkişmələr? Sən də övlad, mən də övlad, Sən də insan, mən də insan Doğulmuşuq bir anadan, Qanda birik, canda birik Anaraızın xatirinə Bəs niyə biz bir məxrəcə gələmmirik? Atam oğlu, niyə qardaş bağındakı Gülü deyil, kolu gördün? Öz gözündə tiri deyil, Qardaşının gözündəki qılı gördün? İş gücümüz didişməkmi? Leş üstündə didişərlər... Vətən leşmi? Bölünməmiş nəyimiz var? O Vətəndir! O, həm səndir, o həm məndir. Necə bölək məni, səni? Necə bölək bu Vətəni? Yarı mənim, yarı sənin? O, meyvəli bir ağacdır Adı mənim, barı sənin? Razısanmı bu bölgüyə? Razısansa, gəl, barışaq. Qarğa kimi leş üstünə gəl, darışaq. Utanıram bu sözümdən Əfv et məni, yazıq Vətən, yazıq Vətən! Fəryad çəkən bu ananı düşünən yox! Öz dərdinin atəşinə Qalananı düşünən yox! Нəг ikisi mənəm - deyir İqtidara yetişməkdən Ayrı bir şey düşünməyir- Coşan qəlblər, qızan başlar. Hakimiyyət davasıdır bu savaşlar. Vətənçin gün ağlamayır Nə o tərəf, nə bu tərəf. Bu Vətəni Dədəsindən ona qalan əmlak sayır Həm o tərəf, həm bu tərəf. Hər biri öz peşəsində Namus ilə çalışanlar Bu Vətənin dərdi |
+ نوشته شده در شنبه دوم آذر ۱۳۸۷ ساعت 22:45 توسط ائلشن
|